Azərbaycanda son sutkada koronavirusa 368 yoluxma faktı qeydə alınıb. Bu barədə yanvarın 2-də Operativ Qərargah məlumat yayıb.
918 nəfər müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib.
Ölkədə son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.
Qeyd edək ki, 2022-ci ilin fevralın 15-dən sonra ikinci dozadan 6 ay keçərsə COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq.