Azərbaycanda son sutka ərzində koronavirusa 376 yoluxma faktı qeydə alınıb. Bu barədə dekabrın 28-də Operativ Qərargahdan məlumat verilib.
887 nəfər sağalıb, 16 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 31 mindən çox peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 161 039, tam vaksinasiyadan keçənlərin sayı 4 666 161, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 428 647 təşkil edib.