Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə oktyabrın 4-də Operativ Qərargahdan məlumat verilib.
835 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib.
Ötən gün COVID-19 əleyhinə 1061 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 738 000 təşkil edir.