Azərbaycanda son sutka ərzində koronavirusa 510 yoluxma faktı qeydə alınıb. Bu barədə dekabrın 30-da Operativ Qərargah məlumat yayıb.
1039 nəfər sağalıb, 14 nəfər vəfat edib.
Ölkədə son sutkada 32 min peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 166 741, peyvəndin hər iki dozasını qəbul edənlərin sayı 4 673 411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 477 955 təşkil edib.