Azərbaycanda son sutka ərzində 518 nəfər COVID-19-a yoluxub. Bu barədə dekabrın 13-də Operativ Qərargah məlumat verib.
871 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər vəfat edib.
Hazırda dünyada yayılmaqda olan koronavirusun “Omicron” ştamı Azərbaycanda aşkarlanmayıb. Report məlumat verib ki, bugün Böyük Britaniyada sözügedən ştamdan ilk ölüm faktı qeydə alınıb.