Azərbaycanda son sutkada 530 nəfər koronavirusa yoluxub. Bu barədə dekabrın 29-da Operativ Qərargahdan məlumat verilib.
1209 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində COVID-19 əleyhinə 30 mindən çox peyvənd vurulub. Əhalinin 46%-i vaksinin hər iki dozanı vurdurub.
Qeyd edək ki, 2022-ci ilin fevralın 15-dən etibarən ikinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirəcək.