Azərbaycanda son sutka ərzində COVID-19-a 577 yoluxma faktı qeydə alınıb.
Operativ Qərargahdan dekabrın 20-də verilən məlumata görə, 672 nəfər sağalıb, 9 nəfər vəfat edib.
İndiyədək dünyanın 100-ə yaxın dövlətində rast gəlinən koronavirusun “Omicron” ştamı Azərbaycanda aşkar olunmayıb. Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada isə yeni ştama yoluxma halları qeydə alınıb.