Azərbaycanda son sutka ərzində COVID-19-a 582 yoluxma faktı qeydə alınıb. Bu barədə 18 dekabr tarixində Operativ Qərargah məlumat yayıb.
1370 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib.
Ölkədə gün ərzində koronavirus əleyhinə 28 mindən çox peyvənd vurulub. Ümumilikdə birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 138 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 638 622 nəfər təşkil edib. Həmçinin 1 269 302 buster doza vurulub.