Azərbaycanda son sutka ərzində COVID-19-a 584 yoluxma qeydə alınıb. Bu haqda yanvarın 6-da Operativ Qərargahdan məlumat verilib.
851 nəfər müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib.
Son sutkada koronavirus əleyhinə 33 482 peyvənd vurulub.
Vaksinin birinci dozasını vurduranların sayı 5 175 536, hər iki dozanı vurduranların sayı 4 684 670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 547 241 təşkil edib.