Azərbaycanda son sutka ərzində koronavirusa 673 yoluxma qeydə alınıb. Bu barədə yanvarın 11-də Operativ Qərargah məlumat yayıb.
392 nəfər müalicə olunaraq sağalıb, 14 nəfər vəfat edib.
Son sutkada COVID-19 əleyhinə 32 mindən çox peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11,5 milyon təşkil edib. Əhalinin 47%-i peyvəndin hər iki dozasını qəbul edib.