Azərbaycanda son sutka ərzində 755 nəfər koronavirusa yoluxub. Bu barədə dekabrın 17-də Operativ Qərargah məlumat yayıb.
1671 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.
Son sutkada COVID-19 əleyhinə 27 mindən artıq peyvənd vurulub. Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 017 859, hər iki dozanı vurduranların sayı 4 634 404 nəfər təşkil edib. Ümumilikdə isə 1 248 508 buster doza vurulub.