Son sutka ərzində Azərbaycanda 854 nəfər COVID-19-a yoluxub. Bu barədə dekabrın 23-də Operativ Qərargahdan məlumat verilib.
854 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.
Ölkədə son sutkada koronavirus əleyhinə 27 mindən artıq vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 653 005, buster doza üzrə peyvənd olunanların sayı isə 1 349 236 təşkil edib.