Azərbaycanda son sutka ərzində 857 nəfər koronavirusa yoluxub. Bu barədə noyabrın 29-da Operativ Qərargah məlumat verib.
1091 nəfər sağalıb, 26 nəfər vəfat edib.
Hazırda dünyada yayılmaqda olan koronavirusun yeni “Omicron” ştamı Azərbaycanda aşkarlanmayıb. İnfeksionist Fərrux Sədirov bildirib ki, COVID-19 əleyhinə vurulan peyvənd insanları ölümdən 90% qoruyur və qoruyuculuq yeni ştama da aiddir.