Azərbaycanda son sutka ərzində COVID-19-a 922 yoluxma faktı qeydə alınıb. Bu barədə dekabrın 14-də Operativ Qərargahdan məlumat verilib.
1621 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.
Ölkədə son sutkada koronavirus əleyhinə 35 minə yaxın peyvənd vurulub. Əhalinin 45%-i tam vaksinasiya olunub.