Azərbaycanda son sutka ərzində COVID-19-a 984 yoluxma faktı qeydə alınıb. Bu barədə dekabrın 16-da Operativ Qərargah məlumat yayıb.
1748 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib.
Ölkədə koronavirus əleyhinə 30 mindən çox peyvənd vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 131 789, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 630 793 nəfər təşkil edib. Ümumilikdə isə 1 227 956 buster doza vurulub.