Azərbaycanda son sutkada 29 nəfər COVID-19-a yoluxub. Bu barədə iyulun 1-də Operativ Qərargahdan məlumat verilib.
15 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 202 təşkil edib.
Koronavirus əleyhinə 1 908 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 768 446 təşkil edib.
[gallery link="file" columns="1" size="full" ids="57199"]