Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun çəkdiyi "COVID–19" bədii-sənədli filmi daha bir uğura imza atıb. Bu barədə 21 dekabr tarixində Azərtac məlumat verir.
Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-nin "Shockfest" Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb. Film dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada "Naples Film Awards" Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.