Azərbaycanda son sutkada 53 nəfər koronavirusa yoluxub. Bu barədə oktyabrın 15-də Operativ Qərargahdan məlumat verilib.
78 nəfər sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 442 nəfərdir.
COVID-19 əleyhinə 788 nəfər peyvənd olunub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 902 183 təşkil edib.
[gallery columns="1" link="file" size="full" ids="89142"]