Azərbaycanda ötən sutka ərzində 1850 nəfər koronavirus infeksiyasına yoluxub. Bu barədə oktyabrın 15-də Operativ Qərargahdan məlumat verilib.
735 nəfər müalicə olunaraq sağalıb, 14 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 5 milyondan çox test icra olunub.
Son sutkada COVID-19 əleyhinə 31 417 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351 təşkil edir.