Azərbaycanda son sutka ərzində COVID-19-a 2102 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə oktyabrın 19-da Operativ Qərargahdan məlumat verilib.
863 nəfər sağalıb, 15 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 505 554 nəfər koronavirusa yoluxub.
Son gündə COVID-19 əleyhinə 31 060 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083 təşkil edir.