Azərbaycanda son sutka ərzində 2303 nəfər koronavirus infeksiyasına yoluxub. Bu barədə oktyabrın 20-də Operativ Qərargah məlumat verib.
1010 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 5 milyondan çox test icra olunub.
Ötən gün COVID-19 əleyhinə 31 389 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 257 472 təşkil edir.