Ötən gün ictimai yerlərdə 2 aktiv koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb. Bu barədə dekabrın 31-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Hadisə barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə rəğmən, yaşayış yerini tərk edən 4 nəfər barəsində isə “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb. Bu əməl 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.