Yanvarın 8-də və 9-da 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Hadisə barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə rəğmən, yaşayış yerini tərk edən 1 koronavirus xəstəsinə “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi açılıb. Bu əməl 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.