“Times Higher Education” tərəfindən hər il hazırlanan hesabatda dünyanın ən yaxşı universitetləri sırasında Azərbaycanın ali məktəbləri yer alıb. Siyahıya ölkəmizin 5 ali təhsil müəssisəsi daxil olub.
Sıralamada 99 ölkənin 1600 universiteti arasında Bakı Dövlət Universiteti 1247-ci yeri tutub. Siyahıya həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti və Qərbi Kaspi Universiteti də daxil olub.
Ən nüfuzlu universitetlərin reytinqində ilk beş yeri Oksford Universiteti (Böyük Britaniya), Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) tutub.
Oksford Universiteti ardıcıl altıncı ildir ki, reytinqdə birinci yerdə qərarlaşıb.
Sıralamanın tərtibində tədris, tədqiqat, bilik ötürülməsi və beynəlxalq dünyagörüşü kimi göstəricilər əsas götürülüb.