Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dünya şöhrətli aşpaz Tomas Quqler Qarabağ hotelində "master-klas" keçib və milli yemək bişirib. Bu barədə 18 yanvar tarixində APA məlumat verib.
Aşpaz yeni bişirdiyi yeməyə "şuşalı" adını verib.
“Mən, əsasən, Azərbaycan xalqından ilham alıram. Məndən soruşanda ki, “Ustad dərsi necə olsun?” mən dedim, stola sadəcə olaraq, Azərbaycan biomüxtəlifliyi olan inqrediyentlərdən qoyarsınız. Mən gəlib, buradakı təbiətdən ilham alıb, özüm bir resept hazırlayacam”, - Tomas Quqler bildirib.
“Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri - ərik, üzüm, bibər və tərəvəzlərdən ibarət "Şuşalı" adında kreativ yemək hazırladıq. Bu, mənim üçün sadəcə bir prosesdir. Bu sadəcə bişirmə texnikasından ibarətdir. Modern bir texnikadır və bu, normaldır. Mən boşqablarda bir incəsənət əsəri yaradıram. Yeməyin görünüşü və bişirmə texnikası məhsulları qədər vacibdir”, - aşpaz vurğulayıb.
[gallery link="file" size="full" ids="102106,102107,102108"]