“Nokia” öz loqosunu dəyişib. Bu barədə İnsanoid bu gün, 28 fevral tarixində xəbər verir.
Son zamanlar texnologiya şirkətləri öz imiclərini yeniləmək məqsədilə loqo dəyişdirmə dövrünə start veriblər. Bu dəyişimə son olaraq “Nokia” da qoşulub.
[caption id="attachment_107437" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]
Finlandiyanın texnologiya şirkəti “Nokia” 60 il istifadə etdiyi loqotipini yenidən dizayn edib.
Yeni loqoda beş fərqli forma bir araya gələrək "Nokia" hərflərini əmələ gətirir. Loqoda marka ilə eyniləşdirilən klassik mavi ton, şrift fərqli rənglərlə dəyişdirilib.
"Biz yeni loqotipi əvvəlkinə əsaslanaraq yaratdıq, lakin indiki varlığımızı əks etdirmək üçün onu daha müasir və rəqəmsal etdik", - Nokia-nın baş direktoru Pekka Lundmark deyib.
Digər tərəfdən, 90-2000-ci illərin ən böyük mobil telefon satıcısı olan Nokia sonradan smartfon bazarında Apple, Samsung və digərləri ilə rəqabət aparmaqda çətinlik çəkdi. Nokia 2014-cü ildə mobil telefon istehsal bölməsini Microsoft-a satdı. Microsoft isə növbəti ildə 8,4 milyard dollarlıq böyük zərərlə üzləşib.
O vaxtdan bəri Nokia mobil və “Cloud” şəbəkə texnologiyalarına diqqət yetirərkən telefon şirkəti kimi xatırlanmamaq üçün mübarizə aparır.
Digər tərəfdən, yeni loqo yalnız “Nokia” şirkəti tərəfindən istifadə ediləcək. “Microsoft”un istehsal etdiyi “Nokia” telefonları yeni loqo olmadan istehsal ediləcək.
Nokiadan başqa, loqolarını dəyişdirən markaları sizə təqdim edirik:
[URIS id=107439]