Niyazinin mənzil-muzeyi
SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar, Maestro Niyazi ömrünün sonunadək bu evdə yaşayıb–yaradıb. Mənzil-muzey 5 otaqdan ibarətdir. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto–şəkillər, not əlyazmaları, afişalar, proqramlar nümayiş etdirilir. Giriş haqqı 1 manat, bələdçi haqqı 1 manat təşkil edir. Buranı həftənin istənilən günü saat 10:00-18:00-dək ziyarət etmək olar.
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 21, mənzil 24
[gallery columns="2" size="full" link="file" ids="37964,37965"]
Abdulla Şaiqin ev-muzeyi
Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin ev-muzeyi dörd otaqdan ibarətdir. Burada onun öz yazdığı kitablar və tərcümə etdiyi "Şahnamə", "Maqbet", "Qulliverin səyahəti", "Robinzon Kruzo" kimi əsərlər nümayiş etdirilir. Məkanın ən qiymətli eksponatı yazıçının ömrünün sonuna qədər dəyişmədiyi masasıdır. Muzey həftənin II-V günləri, saat 11:00-dan 17:00-dək, şənbə günü 11:00-16:00-dək ziyarətçiləri qəbul edir. Giriş ödənişsizdir.
Ünvan: Bakı şəhəri, Abdulla Şaiq küçəsi 21
[gallery columns="2" size="full" link="file" ids="37969,37971"]
Vaqif Mustafazadənin ev-muzeyi
Caz muğamının banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin ev-muzeyi bazar ertəsi istisna olmaqla, həftənin hər günü saat 10-dan 18:00-dək açıq olur. Giriş haqqı 3 manatdır. 3 otaqdan ibarət muzeydə 1214 eksponat qorunub saxlanılır. Ekspozisiyada Vaqif Mustafazadənin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar təqdim olunur.
Ünvan: Bakı şəhəri, İçərişəhər, Vaqif Mustafazadə döngəsi 4, mənzil 9
[gallery link="file" columns="2" size="full" ids="37976,37977"]
Tahir Salahovun ev-muzeyi
Azərbaycan xalq rəssamı Tahir Salahovun ev muzeyində onun rəsm əsərlərindən ibarət kolleksiya və memorial əşyaları, yaradıcılıq məhsulu olan qrafika və yağlı boya nümunələri nümayiş etdirilir. Muzeyə giriş böyüklər üçün 2 manat, xarici vətəndaşlar üçün 4 manat, uşaqlar üçün isə 20 qəpik təşkil edir. Ekskursiya haqqı böyüklər üçün əlavə 3, uşaqlar üçün isə 1 manata başa gəlir. Muzey həftənin bütün günləri, 10:00-dan 16:30-a kimi fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, İçərişəhər, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi 3
[gallery link="file" columns="2" size="full" ids="38147,38148"]
Səməd Vurğunun ev-muzeyi
Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ev-muzeyində ona məxsus xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat işləri ilə tanış olmaq olar. Hal-hazırda eksponatların ümumi sayı 16 000-dən çoxdur. Muzeyə giriş pulsuzdur. Bura həftənin II-V günləri saat 10-dan 18:00-kimi, həftə sonu isə 10-dan 17:00-kimi açıq olur.
Ünvan: Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi 6
[gallery link="file" columns="2" size="full" ids="38149,38150"]
Mənbə: www.museum.az