Füzuli rayonunun Horadiz şəhərinin Lələtəpə neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkar edilib. Bu barədə 23 avqust tarixində Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.
Aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid 3 tikinti qalığı aşkarlanıb. Mərkəzi hissədə zikkurat (çoxmərtəbəli-pilləli məbəd) tipli platforma yerləşir. Zikkurat çiy kərpicdən inşa edilib, konusvari quruluşa malikdir.
Qazıntılar nəticəsində Lələtəpə yaşayış məskənində həmçinin məzarlıq aşkar edilib. Təmizlənmiş qəbirlərdən 14 skelet tapılıb. Onlardan 7-nin körpə, 3-nün yeniyetmə, 4-nün isə yetgin insanlara aid olduğu təxmin edilir. Skeletlerdən götürülmüş nümunələrin DNT analizləri aparılacaq.
Lələtəpə yüksəkliyi 2016-ci ilin aprelində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir. Hündürlüyü 6,4 metr, sahəsi 0,9 hektar olan yaşayış yerində arxeoloji qazıntılar davam etdirilir.
[gallery size="medium" ids="4441,4442,4444"]