İnsanoid Azərbaycanın TOP 10 fotoqrafı və onların göstərdiyi xidmət qiymətlərini araşdırıb sizlərə təqdim edir:
Fotoqraf Saməddin Cəfərli instagramda yarım milyonluq auditoriya sahibidir. Ailə qurmağa hazırlaşan cütlüklər ən azı 2 ay qabaq müraciət edib yer bron etməlidir ki, bu fotoqrafın xidmətlərindən istifadə edə bilsin. Toy fotosessiyası 1 200 AZN təşkil edir. Qiymətə gözəllik salonunda gəlinin bəzədilməsi prosesi, restoran, qız-oğlan evində çəkiliş daxildir. Şəkil sayı isə limitsizdir və hər bir foto üzərində professional effektlər aparılır. Nişan fotosessiyası bütün tədbir boyu 800 AZN olacaq. “Love Story” çəkilişinin qiyməti isə 200 AZN, fərdi fotosessiya isə 1 məkanda 200 AZN-dir.
View this post on Instagram
View this post on Instagram
Tanınmış videoqraflardan biri Fuad İsmayılovdur. Fuad bəy toy çəkilişlərini video formatda aparır. Qiymət 2 000 AZN-dir. Toy günü video montaj edilir və axşam saat 10-a kimi klipin ilk versiyası monitorlarda qonaqlara nümayiş olunur.
“Love Story” Bakıda 1 000 AZN, rayonda isə 1 500 AZN olacaq. Fərdi çəkiliş 500 AZN-dir.
View this post on Instagram
Fotoqraf Əziz Suleymanovun yaxın günlərdə “Highlights Baku” adlı fotostudiyasının açılışı olub. Cütlüklər burada fərqli fotosessiyalar edə bilərlər. Toy və “Love Story” çəkilişi üçün 10 gün qabaq müraciət etmək kifayətdir. Toy “Full paket” - 500 AZN + 300 AZN video, “Love Story” - 100 AZN, fərdi çəkiliş - 100 AZN-dir.
View this post on Instagram
Fotoqraf Niko Abbasovun xidmətlərinə yazılmaq istəyən 1 ay qabaq yer bron edə bilər.
Qiymətlər:
View this post on Instagram
Həmid Həmidlinin apardığı toy foto və video çəkilişinə gözəllik salonu, otel və ya park çəkilişi, qız evi, oğlan evi və restoran daxildir. Qiymət 2 500 AZN-dir. Müştərilərə 2-3 dəqiqəlik instagram formatında və 8-10 dəqiqəlik geniş formatda video təhvil verilir. Şəkil sayı limitsizdir.“Love Story” çəkilişi 2-3 məkanda aparılır, qiyməti 600-800 AZN arası dəyişir. Video eyni qaydada 800-1000 AZN-dir.
View this post on Instagram
Ratmir Şərifov toy çəkilişini 1 000 AZN-ə edir və panoramik albom hədiyyədir. “Love Story” 300 AZN, fərdi çəkiliş isə 200 AZN-dir.
View this post on Instagram
Əbülfəz Zülfüqarov bütün toy foto çəkilişini 800 AZN-ə edir və əlavə olaraq video format 650 AZN-dən başlayır. “Love Story” foto çəkilişləri 2 fərqli məkanda aparılır və qiyməti 200 AZN təşkil edir. Şəkillərdən ibarət “Slide Show” da yığılıb ayrıca disk şəklində verilir.
View this post on Instagram
Kamran Kərimovda toy çəkilişi salonda, oğlan-qız evində, oteldə və restoranda aparılır, qiymət isə 1 500 AZN olacaq. Fərdi çəkiliş ümumi deyil, saatla aparılır. 1 saat çəkiliş 300 AZN olacaq. “Love Story” 1 məkan üçün 500 AZN təşkil edir.
View this post on Instagram
Tanınmış xanım fotoqraflarımızdan biri Şəfiqə Əliyevadır. Xanım yalnız studiya şəraitində çəkilişlər aparır. Belə ki, fərdi çəkiliş və “Love Story” endirimlə 100 AZN olacaq. Çəkiliş 1 saat davam edir və 3 dekor, 2 fon təqdim olunur.
View this post on Instagram