2022-ci ilin fevralın 15-dən sonra COVID-19 pasporlarının müddəti 6 ay müəyyən ediləcək. Bunu dekabrın 28-də Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.
“İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş pasport ilə bəzi məkanlara giriş mümkün olmayacaq”, - deyə o əlavə edib.
Brifinqdə qeyd olunub ki, Azərbaycanda epidemioloji vəziyyət stabildir və yoluxma göstəricisi aşağı enib.