Polis əməkdaşlarının Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirdikləri əməliyyat zamanı bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarını satan 3 həkim saxlanılıb. Bu haqda oktyabrın 9-da Report məlumat yayıb.
Müəyyən edilib ki, onlar vətəndaşlara əlli və yüz manat qarşılığında saxta sənəd təqdim ediblər.
Faktla bağlı araşdırma aparılır.