Həftəsonu, dekabrın 25-26-da 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat verib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Hadisə barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Qeyd edək ki, Azərbaycanda indiyədək koronavirus infeksiyasına 614 630 nəfər yoluxub. Vəfat edənlərin sayı 8 297 təşkil edib.