Mədəniyyət Nazirliyi və Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyevlə bağlı serial çəkəcək. Bu haqda dekabrın 28-də Anar Kərimov 2021-ci il üzrə "Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Həmçinin avqustun 13-də “Dublyaj” studiyası Türkiyə Cümhuriyyətinin Humanitar Kömək Fondu ilə birgə azərbaycanlı milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevin həyatı haqqında sənədli filmin çəkilişlərinə başlayıb.
Sentyabrın 11-də isə Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılıb. Heykəl paytaxtın Səbail rayonu ərazisində "İçərişəhər" metro stansiyasının qarşısında qoyulub.