İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Bu barədə 6 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.
Qeyd olunub ki, mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlər keçirilir.