26 fevral Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar çoxsaylı paylaşımlara görə #JusticeforKhojaly həştəqi “Twitter”in dünya trendində 1-ci yerə yüksəlib. Bu barədə İnsanoid bu gün, 27 fevral tarixində məlumat verir.
İkinci yeri #KhojalyGenocide həştəqi tutub. #HocalıKatliamı və #Azerbaijan həştəqləri ilk beşliyə daxil olub.
Bu həştəqlər, həmçinin Türkiyə, Pakistan, Fransa, İngiltərə, və Avstriya trendlərinə düşməyə müvəffəq olublar.
“#KhojalyGenocide” həştəqi hətta Ermənistan trendində 2-ci yerdə qərarlaşıb.