“Kitabi-Dədə Qorqud” eposunun Drezden nüsxəsi İtaliyada “Sondro Teti” nəşriyyatı tərəfindən italyan dilində çap olunub. Bu haqda dekabrın 6-da AMEA məlumat verib.
Kitabı tanınmış italyan türkoloqu Federiko De Renzi tərcümə edib. Tərcümədə eposun mənşəyi, yaranması və əlyazma nüsxələri haqqında bəhs olunur. Kitabda, həmçinin Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunub.
Ümumilikdə “Kitabi-Dədə Qorqud” 25 dilə tərcümə olunub.