Abşeron rayonunda sərnişin avtobusu idarə edən koronavirus xəstəsi polislər tərəfindən saxlanılıb. Bu haqda dekabrın 11-də DİN məlumat verib.
Hadisə 523 saylı avtobusda baş verib. Polis əməkdaşları sürücünü avtobusdan kənarlaşdırıb və yaşadığı ünvana qaytarıb.
Onun barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalara başlanılıb.