Ölkənin kinoteatrlarında oktyabrın 29-da “Fulya” sənədli filminin nümayişi başlayıb. Film Vətən Müharibəsində türk jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edir.
Çəkilişlər cari ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakıda aparılıb.
“Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan filmdə əsas səhnə Gəncənin bombalanmasıdır.
“Ən mühüm səhnə mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”, - deyə ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk vurğulayıb.
Qeyd edək ki, 80 dəqiqə davam edən filmin yaş həddi 16-dan yuxarıdır.