Ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb. Bu barədə yanvarın 12-də Muxtar Respublikanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Naxçıvanda 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Bununla yanaşı, 2022-ci ilin yanvar ayından risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. Bu peyvənd artıq 100-dən çox tibb işçisinə vurulub.
“Hazırda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir”, - deyə qurumdan bildirilib.