Facebook şirkətinin adı Meta olaraq dəyişdirilib. Bunu sosial şəbəkənin qurucusu Mark Zukerberq oktyabrın 28-də onlayn təqdimat zamanı bildirib.
“Facebook “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün adını dəyişdirir”, - deyə saytın yaradıcısı vurğulayıb.
Buna baxmayaraq, sosial şəbəkə Meta adlanmayacaq. Meta-nın çəmbərində Facebook, Instagram, WhatsApp, Oculus kimi alt şirkətlər yer alacaq.
Dünyada ən böyük sosial şəbəkə olan Facebook 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaradılıb. Onun adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına da düşüb.