Moskvanın “Azərbaycan” pavilyonunda rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi açılıb. Bu haqda dekabrın 8-də Report məlumat yayıb.
Sərgidə rəssamın 20 əsəri nümayiş olunub.
Nigar Süleyman Azərbaycanda doğulub və boya-başa çatıb. Onun əsərlərindəki Şərq motivləri ilə abstraksionizmin birləşməsi də elə buradan qaynaqlanır.
Daha öncə, rəssamın əsərləri Moskvanın “Qostinı Dvor” Sərgi Kompleksindəki “Art Russia 2020” müasir incəsənət yarmarkasında və “Golden Talent” onlayn platformasında təqdim olunub. Onun işlərinin bəziləri Rusiya və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.