Azərbaycanı “Avroviziya-2022” yarışmasında təmsil edəcək mahnı seçilib. Bu barədə 21 mart tarixində təmsilçimiz Nadir Rüstəmli məlumat paylaşıb.
Müğənni “Fade to black” adlı mahnını ifa edəcək.
Qeyd edək ki, ifaçı 2019-cu ildə “Youthvision” beynəlxalq tələbə müsabiqəsində ölkəmizi təmsil edib və ikinci yeri qazanıb. O, “Səs Azərbaycan” layihəsində qalib olduqdan sonra məşhurlaşıb. Rüstəmlinin müəllimi 2011-ci ildə “Avroviziya”da birinci yer tutan Eldar Qasımov olub.