Neftçalada Kür çayının yatağından yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapılıb. Bu haqda martın 29-da Report məlumat yayıb.
Tapıntını Cəngən kənd orta məktəbinin tarix müəllimi aşkar edib.
Müəllimin sözlərinə görə, o, küp qəbir haqqında yerli balıqçılardan eşidib.
Hazırda o, qalıqları dərs dediyi fənn kabinetində saxlayır.