“Netflix” onlayn platformasının nümayəndələri «Formula 1: Drive to Survive» sənədli serialının çəkilişi üçün ölkəmizə gələcəklər. Bu haqda iyunun 6-da Oxu.Az məlumat yayıb.
Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçiriləcək. Bakıdakı yarış serialın 2023-cü ildə yayımlanması gözlənilən 5-ci mövsümündə yer alacaq.
Serialda Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hemiltonun yarışın restartındakı böyük səhvi kimi səhnələr çəkilib. 4-cü mövsüm Netflix-də dünyanın 56 ölkəsində ilk onluqda idi.