Niderlanddan Azərbaycana idxal olunan bibər toxumunda qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar edilib. Bu haqda mayın 11-də Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, 14,9 kiloqram məhsulun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhv edilib.
Hadisə barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.