“Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab işıq üzü görüb. Bu haqda dekabrın 9-da XalqQazeti məlumat yayıb.
Kitab “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi, Xarici İşlər Nazirliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə dəstəyi ilə çap olunub.
Nizami Gəncəviyə həsr olunan kitabın təqdimatı yazıçının 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransında baş tutub.
Kitab respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalar nəticəsində ərsiyə gəlib.