“Speedtest Global Index” internetin sürətinə görə ölkələrin fevral ayı üçün reytinqini açıqlayıb.
Sabit internetin sürətinə görə ölkəmiz 180 ölkə arasında 122-ci yerdə qərarlaşıb. Azərbaycanda sabit internetin yükləmə sürəti 17,40 Mb/san-dən 18,87 Mb/san-ə qalxıb. Reytinqdə ilk üçlükdə müvafiq olaraq Çili, Sinqapur və Monako qərarlaşıb.
Mobil internetin sürətinə görə isə Azərbaycan 138 ölkə arasında 61-ci yeri tutub. Burada yükləmənin sürəti 30,96 Mb/san-dən 30,85 Mb/san-ə düşüb. Mobil internetin reytinqinə BƏƏ başçılıq edir. Sonrakı yerlərdə Norveç və Cənubi Koreya qərarlaşıb.