Vaksinasiya virusa qarşı əsas profilaktik vasitə hesab olunur. Bu barədə yanvarın 10-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin həkim-infeksionisti Azərtac-a bildirib.
Mütəxəssis bildirib ki, iki doza peyvənd alanlar 5 ay keçdikdən sonra buster doza vurdurmalıdırlar: “Vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir”.
Eyni zamanda, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir.
“COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər”, - deyə həkim əlavə edib.
Dünən Azərbaycanda xarici ölkələrdən gələn 12 nəfərdə “omicron” ştamı aşkarlanıb. “Omicron” ştamı 2021-ci ilin sonlarından ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan, İsrail və digər 100-dən çox ölkədə yayılıb.