Bakının Suraxanı rayonunda üç nəfər koronavirus xəstəsi aşkar edilərək saxlanılıb. Bu barədə sentyabrın 13-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanlar COVID-19 testinin pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər müalicə təyin olunan ünvana yerləşdiriliblər.
Xəstəliyin yayılmaması üçün qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.