Risk qrupuna daxil olan vətəndaşlar, xroniki xəstəliyi olanlar, bütün tibb işçiləri və yaşı 50-dən yuxarı olan əhalinin 3-cü doza vaksin ilə peyvəndlənmələrinə ehtiyac var. Bu haqda oktyabrın 11-də Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektliyi müəyyən müddətdən sonra azalır və xəstəliyə qarşı immuniteti artırmaq üçün çıxış yolu peyvəndlənməkdir.
Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.